Surə 6 · Cüz 8

Al-An'am · 6:146

وَعَلَى الَّذِينَ هَادُوا حَرَّمْنَا كُلَّ ذِي ظُفُرٍ ۖ وَمِنَ الْبَقَرِ وَالْغَنَمِ حَرَّمْنَا عَلَيْهِمْ شُحُومَهُمَا إِلَّا مَا حَمَلَتْ ظُهُورُهُمَا أَوِ الْحَوَايَا أَوْ مَا اخْتَلَطَ بِعَظْمٍ ۚ ذَٰلِكَ جَزَيْنَاهُمْ بِبَغْيِهِمْ ۖ وَإِنَّا لَصَادِقُونَ

146. Yəhudilərə dırnaqlı hey­vanların hamısını haram etdik. İnək və qoyunun bel sütunla­rına və ya bağırsaqlarına ya­pı­şan, yaxud sümüklərə qarışan yağlar istisna olmaqla, onların piylərini də ha­ram etdik. Bu, həddi aş­dıqlarına görə on­lara verdiyimiz cəzadır. Şübhəsiz ki, Biz doğru danışanlarıq.

Təfsir

Biz yəhudilərə dəvə və qoyun kimi barmaqları yarılmayan hey­vanları haram etdik. Biz onlara inək və qoyunun bellərinə və ya bağırsaqlarına ya­pı­şan, yaxud omba və yan sümüklərə qarışan yağlar istisna olmaqla, o heyvanların piylərini də ha­ram etdik. Biz bunları onlara haram etməklə etdikləri zülümə onları görə cəzalandırdıq. Şübhəsiz ki, Biz sənə xəbər verdiyimiz hər bir şeydə doğru danışanlarıq.

Oxuyucuda aç - Surəni tam oxu