Surə 6 · Cüz 8

Al-An'am · 6:138

وَقَالُوا هَٰذِهِ أَنْعَامٌ وَحَرْثٌ حِجْرٌ لَا يَطْعَمُهَا إِلَّا مَنْ نَشَاءُ بِزَعْمِهِمْ وَأَنْعَامٌ حُرِّمَتْ ظُهُورُهَا وَأَنْعَامٌ لَا يَذْكُرُونَ اسْمَ اللَّهِ عَلَيْهَا افْتِرَاءً عَلَيْهِ ۚ سَيَجْزِيهِمْ بِمَا كَانُوا يَفْتَرُونَ

138. Onlar öz batil iddiala­rına görə: “Bu mal-qara və əkin­lər ha­ram­dır. Bun­ları bizim is­tədikləri­mizdən başqa heç kəs yeyə bil­məz”– deyirlər. Müş­rik­lər mal-qaradan bəzisinə min­məyi haram edir, bəzisini də kəsərkən üstündə Alla­hın adını çək­mirlər. Onlar bu­nu Allaha iftira ataraq edirlər. O da on­la­rı atdıq­la­rı iftiraya görə cəza­landıracaqdır.

Təfsir

Müşrəklər dedilər: "Bu mal-qara və əkin­lər haramdır. Onlar öz iddiala­rına və iftiralarına əsasən, bun­ları bizim istədiklərimiz bütlərə xidmət edən kişilərdən başqa kiminsə yeməsi qadağandır. Bu mal-qaranın bəzisinin minilməsi haram edilmiş, minilməyən və üzərində yük daşınılmayan heyvanlardır. Bunlar: Bə­hi­ra, saibə və hami heyvanlarıdır. Bu heyvanları da kəsərkən üstündə Alla­hın adını çək­ərək deyil, yalnız bütlərinin adını çəkərək kəsirlər. Onlar bu­nların hamısını yalandan Allaha iftira ataraq bunun Allahdan olduğunu iddia edirlər. Allahda on­la­rı atdıq­la­rı bu iftiralarına görə cəza­landıracaqdır.

Oxuyucuda aç - Surəni tam oxu