Surə 6 · Cüz 8
Al-An'am · 6:139
وَقَالُوا مَا فِي بُطُونِ هَٰذِهِ الْأَنْعَامِ خَالِصَةٌ لِذُكُورِنَا وَمُحَرَّمٌ عَلَىٰ أَزْوَاجِنَا ۖ وَإِنْ يَكُنْ مَيْتَةً فَهُمْ فِيهِ شُرَكَاءُ ۚ سَيَجْزِيهِمْ وَصْفَهُمْ ۚ إِنَّهُ حَكِيمٌ عَلِيمٌ
139. Onlar: “Bu mal-qaranın qarınlarındakı balalar kişilərimizə halal, qadınlarımıza isə haramdır”– deyirlər. Əgər o bala ölü doğularsa, hamısı onu yeməyə şərik olurlar. Allah onları bu vəsflərinə görə cəzalandıracaqdır. Həqiqətən, O, hikmət sahibidir, hər şeyi biləndir.
Təfsir
Onlar: "Bu saibə və bəhirə heyvanlarının qarınlarındakı balalar diri doğulduğu təqdirdə kişilərimizə halal, qadınlarımıza isə haramdır, əgər o balalar ölü doğularsa, kişilərimiz və qadınlarımız ona şərikdirlər"– deyirlər. Allah onları bu sözlərinə görə onlara layiqli cəza verəcəkdir. Həqiqətən, Allah, şəri hökmlərində, işlərində, qullarının idarə etməkdə hikmət sahibidir və qullarından xəbərdardır.