Surə 6 · Cüz 8
Al-An'am · 6:137
وَكَذَٰلِكَ زَيَّنَ لِكَثِيرٍ مِنَ الْمُشْرِكِينَ قَتْلَ أَوْلَادِهِمْ شُرَكَاؤُهُمْ لِيُرْدُوهُمْ وَلِيَلْبِسُوا عَلَيْهِمْ دِينَهُمْ ۖ وَلَوْ شَاءَ اللَّهُ مَا فَعَلُوهُ ۖ فَذَرْهُمْ وَمَا يَفْتَرُونَ
137. Beləliklə, müşriklərin bir çoxuna övladlarını öldürməyi öz şərikləri gözəl göstərdilər ki, həm onları məhv etsinlər, həm də dinlərinə qarmaqarışıqlıq salsınlar. Əgər Allah istəsəydi, onlar bunu etməzdilər. Elə isə onları uydurduqları ilə birlikdə tərk et.
Təfsir
Allahın haqsız yerə qətlə yetirməyi haram etdiyi canı qətlə yetirərək həlaka sürüklənmələri və dinlərinə qarmaqarışıqlıq salıb nəyin icazəli və nəyin də qadağan olduğunu bilməmələri məqsədi ilə şeytan müşriklərə bu zalım hökmü gözəl göstərdiyi kimi, müşriklərin bir çoxuna şeytanlardan olan şərikləri yoxsuzluq qorxusundan uşaqlarını öldürməyi də gözəl göstərdi. Əgər Allah bunun etməmələrini istəsəydi, onlar bunu heç vaxt edə bilməzdilər. Lakin Allah bunun böyük bir hikmət üçün belə olmasını istədi. Ey Peyğəmbər! Elə isə müşrikləri Allah adından uydurub yalan danışanlar ilə birlikdə tərk et. Çünki bu sənə zərər verə bilməz. Onları Allaha burax.