Surə 6 · Cüz 8

Al-An'am · 6:136

وَجَعَلُوا لِلَّهِ مِمَّا ذَرَأَ مِنَ الْحَرْثِ وَالْأَنْعَامِ نَصِيبًا فَقَالُوا هَٰذَا لِلَّهِ بِزَعْمِهِمْ وَهَٰذَا لِشُرَكَائِنَا ۖ فَمَا كَانَ لِشُرَكَائِهِمْ فَلَا يَصِلُ إِلَى اللَّهِ ۖ وَمَا كَانَ لِلَّهِ فَهُوَ يَصِلُ إِلَىٰ شُرَكَائِهِمْ ۗ سَاءَ مَا يَحْكُمُونَ

136. Onlar Allah üçün Onun yarat­dı­ğı əkindən və mal-qa­ra­dan pay ayırıb öz batil id­dia­la­rına əsasən: “Bu, Allah üçün­dür, bu da şə­rik qoşduq­ları­mız bütlər üçündür”– deyirlər. Şə­rikləri üçün ayır­dıqları pay Alla­ha çatmır, Allah üçün ayır­dıq­ları pay isə şərik­lə­ri­nə çatır. On­ların verdik­ləri hökm necə də pisdir!

Təfsir

Müşriklər Allahın yarat­dı­ğı əkindən və mal-qa­ra­dan Allah üçün pay ayırmaqı özlərindən icad edib və bunun Allah aid olduğunu, başqa bir payda ayıraraq onunda isə bütlərinə aid olduğunu id­dia­ etdilər. Şə­rikləri üçün ayır­dıqları pay fəqirlər və miskinlər kimi Alla­h üçün olan yerlərə çatmaz, Allah üçün ayır­dıq­ları pay isə Allaha şərik­ qoşduqları bütlərə çatar. On­ların pay bölgüsü barədə verdik­ləri hökm necə də pisdir!

Oxuyucuda aç - Surəni tam oxu