Surə 6 · Cüz 8

Al-An'am · 6:135

قُلْ يَا قَوْمِ اعْمَلُوا عَلَىٰ مَكَانَتِكُمْ إِنِّي عَامِلٌ ۖ فَسَوْفَ تَعْلَمُونَ مَنْ تَكُونُ لَهُ عَاقِبَةُ الدَّارِ ۗ إِنَّهُ لَا يُفْلِحُ الظَّالِمُونَ

135. De: “Ey qövmüm! Əli­niz­dən gə­ləni edin. Mən də edə­cə­yəm. Axirət Yurdunun aqi­bə­ti­nin kimə nəsib ola­ca­ğını bi­lə­cək­si­niz. Şübhəsiz ki, za­lım­lar nicat tapmazlar”.

Təfsir

Ey Peyğəmbər! De: "Ey qövmüm! Elə olduğunuz kimi küfr və azğınlığınıza davam edin. Artıq mən sizə haqqı açıq-aydın dəlillərlə bəyan edərək sizi xəbərdar etim. Bundan sonra sizin küfür etməniz və zəlalətdə olmanız məni maraqlandırmaz. Mən isə bundan sonra da elə olduğum haqq üzərində sabit qalacam. Siz Allahın dünyada kimə yardım etdiyini, yer üzünə kimin varis olduğunu və axirət yurdunun kimə nəsib ola­ca­ğını bi­lə­cək­si­niz. Şübhəsiz ki, müşriklər nə dünyada nə də axirətdə nicat taparlar. Onlar dünyada nə qədər dünya nemətlərindən ləzzət alsalarda, axirətdə isə aqibətləri xüsrana düçar olmaqdır".

Oxuyucuda aç - Surəni tam oxu