Surə 6 · Cüz 8
Al-An'am · 6:134
إِنَّ مَا تُوعَدُونَ لَآتٍ ۖ وَمَا أَنْتُمْ بِمُعْجِزِينَ
134. Həqiqətən, sizə vəd olunan əzab gələcəkdir. Siz ondan yaxa qurtara bilməyəcəksiniz.
Təfsir
Ey Kafirlər! Şübhə yoxdur ki, sizə vəd olunan - qəbirlərdən dirilib çıxma, haqq-hesab və əzab günü mütləq gələcəkdir. Siz ondan qaçıb yaxa qurtara bilməyəcəksiniz. O, sizin kəkillərinizdən tutaraq sizə Öz əzabını dadıracaqdır.