Surə 6 · Cüz 8
Al-An'am · 6:133
وَرَبُّكَ الْغَنِيُّ ذُو الرَّحْمَةِ ۚ إِنْ يَشَأْ يُذْهِبْكُمْ وَيَسْتَخْلِفْ مِنْ بَعْدِكُمْ مَا يَشَاءُ كَمَا أَنْشَأَكُمْ مِنْ ذُرِّيَّةِ قَوْمٍ آخَرِينَ
133. Rəbbin Zəngindir, mərhəmət sahibidir. İstəsə, sizi məhv edər və sizi başqa bir qövmün nəslindən yaratdığı kimi sizdən sonra da yerinizə istədiyini gətirər.
Təfsir
Ey Peyğəmbər! Rəbbin Öz qullarına möhtac deyil - Allahın nə qullarına, nə də onların ibadətinə ehtiyacı var. Onların Allaha küfr etməsi Ona zərər verməz. Allahın qullarına ehtiyacı olmasa da, O, qullarına qarşı rəhmlidir. Ey Günahkar insanlar! Allah sizi və sizdən əvvəliki başqa bir qövmün nəslindən yaratdığı kimi, əgər Allah sizi məhv etmək istəsə sizə əzab göndərib məhv edərdi və sizi məhv etdikdən sonra Allaha iman gətirib və Ona itaət edən istədiyi bir qövmün yaratardı.