Surə 6 · Cüz 8
Al-An'am · 6:125
فَمَنْ يُرِدِ اللَّهُ أَنْ يَهْدِيَهُ يَشْرَحْ صَدْرَهُ لِلْإِسْلَامِ ۖ وَمَنْ يُرِدْ أَنْ يُضِلَّهُ يَجْعَلْ صَدْرَهُ ضَيِّقًا حَرَجًا كَأَنَّمَا يَصَّعَّدُ فِي السَّمَاءِ ۚ كَذَٰلِكَ يَجْعَلُ اللَّهُ الرِّجْسَ عَلَى الَّذِينَ لَا يُؤْمِنُونَ
125. Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər. Allah iman gətirməyənləri beləcə cəzalandırar.
Təfsir
Allah kimi doğru yola müvəffəq etmək istəsə, onun köksünü İslamı qəbul etməsi üçün açar, kimi də rəzil edib, doğru yola müvəffəq etmək istəməsə, onun köksünü haqqı qəbul etməkdən daraldar və sıxıntılı edər, belə ki, öz ixtiyarı ilə göyə çıxmaqa aciz qaldığı kimi, haqq da onun qəlbinə daxil olmaqa aciz qalar. Allah azğın kimsələrin halını belə bir dar və sıxıntılı hal etdiyi kimi, eləcədə əzabı iman gətirməyən kimsələrə edəcəkdir.