Surə 6 · Cüz 8

Al-An'am · 6:124

وَإِذَا جَاءَتْهُمْ آيَةٌ قَالُوا لَنْ نُؤْمِنَ حَتَّىٰ نُؤْتَىٰ مِثْلَ مَا أُوتِيَ رُسُلُ اللَّهِ ۘ اللَّهُ أَعْلَمُ حَيْثُ يَجْعَلُ رِسَالَتَهُ ۗ سَيُصِيبُ الَّذِينَ أَجْرَمُوا صَغَارٌ عِنْدَ اللَّهِ وَعَذَابٌ شَدِيدٌ بِمَا كَانُوا يَمْكُرُونَ

124. Onlara bir ayə gəldik­də: “Alla­hın elçilərinə verilə­nin bən­zə­ri bizə də verilmə­yincə iman gətirməyəcəyik”– de­di­lər. Allah pey­ğəmbərliyini kimə ve­rəcəyini daha yaxşı bilir. Gü­nahkar­lar, qur­duqları hiylələrə görə Allahın hüzurun­da rəzil ola­caq və şid­dət­li əzab çə­kə­cəklər.

Təfsir

Kafirlərin başçılarına Allah Öz peyğəmbərinə nazil etdiyi ayələrdən hər hansı bir ayə gəldik­də: "Alla­h elçilərinə peyğəmbərlik və risalə verdiyinin bən­zə­rini bizə də vermə­yincə biz iman gətirməyəcəyik"– de­di­lər. Allahda onlara risalətin kimə ve­rəcəyini və bunun məşəqqətinə kimin tab gətirə biləcəyini daha yaxşı bilib, peyğəmbərlik və risalə üçün müəyyən qullarından seçdiyini xəbər verərək cavab verdi. Həddlərini aşanlar haqqdan üz çevirdiklərinə görə zəlilliyə və alçağlıqa düçar olacaqlar, məkrli əməllərininə görə isə şid­dət­li əzab çə­kə­cəklər.

Oxuyucuda aç - Surəni tam oxu