Surə 6 · Cüz 8
Al-An'am · 6:126
وَهَٰذَا صِرَاطُ رَبِّكَ مُسْتَقِيمًا ۗ قَدْ فَصَّلْنَا الْآيَاتِ لِقَوْمٍ يَذَّكَّرُونَ
126. Rəbbinin doğru yolu budur. Artıq Biz ayələri düşünən bir qövmə izah etdik.
Təfsir
Ey Peyğəmbər! Sənə göndərdiyimiz bu din, Allahın heç bir əyrilik olmayan doğru yoludur. Artıq Biz ayələri Allah barədə düşünüb dərk edən kimsə üçün izah etdik.