Surə 6 · Cüz 8
Al-An'am · 6:118
فَكُلُوا مِمَّا ذُكِرَ اسْمُ اللَّهِ عَلَيْهِ إِنْ كُنْتُمْ بِآيَاتِهِ مُؤْمِنِينَ
118. Əgər Allahın ayələrinə iman gətirmişsinizsə, üstündə Onun adı çəkilmiş – “bismilləh” deyilib kəsilmiş heyvanlardan yeyin.
Təfsir
Ey İnsanlar! Əgər siz açıq-aydın dəlillər vasitəsi ilə həqiqətən də Allaha iman gətirmişsinizsə elə isə heyvan kəsildiyi zaman üstündə Allahın adı çəkilmiş – "bismilləh" deyilib kəsilmiş heyvanlardan yeyin.