Surə 6 · Cüz 8
Al-An'am · 6:117
إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ مَنْ يَضِلُّ عَنْ سَبِيلِهِ ۖ وَهُوَ أَعْلَمُ بِالْمُهْتَدِينَ
117. Həqiqətən, sənin Rəbbin, Onun yolundan azanları daha yaxşı tanıyır. O, doğru yolda olanları da yaxşı tanıyır.
Təfsir
Ey Peyğəmbər! Şübhəsiz ki, Rəbbin insanlardan Onun yolundan azanları və Onun yola yönələnləri daha yaxşı tanıyır və bu işdə Allaha heç bir şey gizli qalmaz.