Surə 6 · Cüz 8

Al-An'am · 6:116

وَإِنْ تُطِعْ أَكْثَرَ مَنْ فِي الْأَرْضِ يُضِلُّوكَ عَنْ سَبِيلِ اللَّهِ ۚ إِنْ يَتَّبِعُونَ إِلَّا الظَّنَّ وَإِنْ هُمْ إِلَّا يَخْرُصُونَ

116. Əgər sən yer üzündə olan­ların ək­səriyyətinə itaət et­­sən, on­lar səni Allah yolun­dan azdı­rarlar. Onlar ancaq zənnə qapılır və ancaq yalan uydu­rur­lar.

Təfsir

Ey Peyğəmbər! Əgər sən yer üzündə olan insan­ların ək­səriyyətinə itaət et­­sən, on­lar səni Allahın dinindən azdı­rarlar. Allahın qoyduğu qanundan aydın olur ki, haqqa tabe olanlar, daim az insanlardır. Çünki insanların əksəriyyəti yalnız heç bir əsası olmayan zənnə qapılır və öz ibadət etdikləri ilahların onları Allaha yaxınlaşdırdıqlarını zənn edirlər və onlar bunu da yalandan uydu­rur­lar.

Oxuyucuda aç - Surəni tam oxu