Surə 6 · Cüz 8
Al-An'am · 6:113
وَلِتَصْغَىٰ إِلَيْهِ أَفْئِدَةُ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ وَلِيَرْضَوْهُ وَلِيَقْتَرِفُوا مَا هُمْ مُقْتَرِفُونَ
113. Bu ona görədir ki, axirətə inanmayanların ürəkləri təmtəraqlı sözlərə meyl etsin, bundan razı qalsınlar və gördükləri pis işləri bir daha görsünlər.
Təfsir
Bu, axirətə inanmayanların ürəkləri bir-birinə vəsvəsə etdikləri işlərə meyl etməsi, bunu qəbul edib, buna razı qalıb və etdikləri pis və günah əməlləri bir daha etmələri üçündür.