Surə 6 · Cüz 8
Al-An'am · 6:112
وَكَذَٰلِكَ جَعَلْنَا لِكُلِّ نَبِيٍّ عَدُوًّا شَيَاطِينَ الْإِنْسِ وَالْجِنِّ يُوحِي بَعْضُهُمْ إِلَىٰ بَعْضٍ زُخْرُفَ الْقَوْلِ غُرُورًا ۚ وَلَوْ شَاءَ رَبُّكَ مَا فَعَلُوهُ ۖ فَذَرْهُمْ وَمَا يَفْتَرُونَ
112. Beləliklə, Biz hər bir peyğəmbər üçün insanlar və cinlərdən olan şeytanları düşmən müəyyən etdik. Bunlar aldatmaq məqsədilə bir-birlərinə təmtəraqlı sözlər təlqin edirlər. Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları şeylərlə birlikdə tərk et.
Təfsir
Biz səni, müşriklərin sənə qarşı düşmənçilik etməklə sınaqa çəkdiyimiz kimi, səndən əvvəlki peyğəmbərlərin də hər birinə azğın insanlar və cinlərdən düşmən təyin etdik. Onlar biri-birini aldatmaq məqsədilə bir-birlərinə vəsvəsə edərək batili gözəl göstərirlər. Əgər Allah istəməsəydi, onlar bunu heç vaxt edə bilməzdilər. Lakin Allah onları sınaqa çəkmək üçün belə olmasını istədi. Onları uydurduqları küfür və batil əməlləri ilə birlikdə tərk et və onlara fikir vermə.