Surə 6 · Cüz 8
Al-An'am · 6:111
۞ وَلَوْ أَنَّنَا نَزَّلْنَا إِلَيْهِمُ الْمَلَائِكَةَ وَكَلَّمَهُمُ الْمَوْتَىٰ وَحَشَرْنَا عَلَيْهِمْ كُلَّ شَيْءٍ قُبُلًا مَا كَانُوا لِيُؤْمِنُوا إِلَّا أَنْ يَشَاءَ اللَّهُ وَلَٰكِنَّ أَكْثَرَهُمْ يَجْهَلُونَ
111. Əgər Biz onlara mələkləri göndərsəydik, ölülər də onlarla danışsaydı və hər şeyi onların qarşısına toplasaydıq, Allah istəməyincə, onlar iman gətirməzdilər. Lakin onların çoxu bunu bilmir.
Təfsir
Əgər Biz onların tələblərinə cavab olaraq istədiklərini yerinə yetirib mələkləri onlara göndərsəydik və özləridə buna şahid olsaydılar, ölülər də onlarla danışıb sənin onlara gətirdiyin dinin doğru olduğunu onlara xəbər versəydilər və tələb etdikləri hər şeyi onların qarşısına toplayıb öz gözləri ilə görsəydilər, Allah onlardan kimi doğru yola yönəltmək istədikləri müstəsna olmaqla, onlar sənin gətirdiyin dinə yenə də iman gətirməzdilər. Lakin onların çoxu bunudan cahildir və Allah onları doğru yola müvəffəq etmək üçün Allaha sığınmazlar.