Surə 6 · Cüz 8
Al-An'am · 6:114
أَفَغَيْرَ اللَّهِ أَبْتَغِي حَكَمًا وَهُوَ الَّذِي أَنْزَلَ إِلَيْكُمُ الْكِتَابَ مُفَصَّلًا ۚ وَالَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَعْلَمُونَ أَنَّهُ مُنَزَّلٌ مِنْ رَبِّكَ بِالْحَقِّ ۖ فَلَا تَكُونَنَّ مِنَ الْمُمْتَرِينَ
114. De: “Allah bu Kitabı sizə təfərrüatı ilə nazil etdiyi halda, mən Ondan başqasınımı hakim qəbul etməliyəm?” Kitab verdiklərimiz bilirlər ki, o, həqiqətən, sənin Rəbbin tərəfindən nazil edilmişdir. Odur ki, şübhə edənlərdən olma.
Təfsir
Ey Peyğəmbər! Allahla yanaşı qeyrisinə ibadət edən müşriklərə de: "Allah Quranı sizə hər bir şeyin təfərrüatı ilə nazil etdiyi halda, mənin sizinlə öz aramda Allahdan başqasını hakim qəbul etməyim sizcə ağıla batandırmı?" Özlərinə Tövrat verdiyimiz yəhudilər və özlərinə İncil verdiyimiz nəsranilər öz kitablarındakı dəlilləri gördkdən sonra, Quranın sənə haqq olaraq nazil edildiyini bilirlər. Odur ki, sənə nazil etdiyimiz ayələr barədə şübhə edənlərdən olma.