Surə 6 · Cüz 7

Al-An'am · 6:108

وَلَا تَسُبُّوا الَّذِينَ يَدْعُونَ مِنْ دُونِ اللَّهِ فَيَسُبُّوا اللَّهَ عَدْوًا بِغَيْرِ عِلْمٍ ۗ كَذَٰلِكَ زَيَّنَّا لِكُلِّ أُمَّةٍ عَمَلَهُمْ ثُمَّ إِلَىٰ رَبِّهِمْ مَرْجِعُهُمْ فَيُنَبِّئُهُمْ بِمَا كَانُوا يَعْمَلُونَ

108. Müşriklərin Allahdan baş­qa­la­rı­na tapındıqlarını söy­mə­yin. Yox­sa onlar da elmsiz ola­raq düş­məncəsinə Allahı sö­yərlər. Biz hər bir ümmətə öz əməl­lə­ri­ni be­ləcə gözəl­ləş­dir­dik. Sonra isə on­la­rın dönüşü öz Rəbbinə olacaq, O da nə et­dikləri barədə onlara xə­bər ve­rə­cək­dir.

Təfsir

Ey Möminlər! Müşriklərin Allahdan baş­qa­la­rı­na ibadət etdikləri bütlər ən həqir şeylərə və söyüşə layiq olsalar belə, müşriklərin Allaha qarşı cahillik edib Onu söyməsinlər deyə, siz onların bütlərini söy­mə­yin. Onlara öz azğınlıqlarını gözəlləşdirdiyimiz kimi, biz hər bir ümmətə öz əməl­lə­ri­ni xeyir və şər olmasından aslı olmayaraq be­ləcə gözəl­ləş­dir­dik. Onlar isə özlərinə gözəlləşdirdiyimiz əməlləri etdilər. Qiyamət günü isə on­la­rın dönüşü öz Rəbbinə olacaq, O da nə onların dünyada ikən et­dikləri əməlləri bildirəcək və hər bir kəsin əməlinin əvəzini verəcəkdir.

Oxuyucuda aç - Surəni tam oxu