Surə 6 · Cüz 7
Al-An'am · 6:107
وَلَوْ شَاءَ اللَّهُ مَا أَشْرَكُوا ۗ وَمَا جَعَلْنَاكَ عَلَيْهِمْ حَفِيظًا ۖ وَمَا أَنْتَ عَلَيْهِمْ بِوَكِيلٍ
107. Əgər Allah istəsəydi, onlar şərik qoşmazdılar. Biz səni onların üstündə gözətçi qoymamışıq və sən onları qoruyan da deyilsən.
Təfsir
Əgər Allah kiminsə ona şərik qoşmamasını istəsəydi, bu zaman heç kəs ona şərik qoşa bilməzdi. Ey Peyğəmbər! Biz səni onların üstündə, onların əməllərini haqq-hesab edən gözətçi qoymamışıq və sən onların qəyyumu da deyilsən, sən yalnız bir elçisən, sənin öhdənə düşən isə təbliğ etməkdir.