Surə 6 · Cüz 7

Al-An'am · 6:109

وَأَقْسَمُوا بِاللَّهِ جَهْدَ أَيْمَانِهِمْ لَئِنْ جَاءَتْهُمْ آيَةٌ لَيُؤْمِنُنَّ بِهَا ۚ قُلْ إِنَّمَا الْآيَاتُ عِنْدَ اللَّهِ ۖ وَمَا يُشْعِرُكُمْ أَنَّهَا إِذَا جَاءَتْ لَا يُؤْمِنُونَ

109. Kafirlər Allahın adı ilə möhkəm and içdilər ki, əgər on­lara bir ayə gəlsə, mütləq ona ina­nacaqlar. De: “Ayələr an­caq Alla­hın ya­nındadır. Siz hara­dan bilə­siniz ki, o ayələr gəl­dik­də onlar ye­nə də iman gə­tir­məyəcəklər?”

Təfsir

Müşriklər bacardıqları ən möhkəm andlarla Allaha and içdilər ki, əgər Muhəmməd - səllallahu aleyhi və səlləm - on­ların təklif etdikləri ayələrdən hər hansı birini gəlsə, mütləq ona ina­nacaqlar. Ey Peyğəmbər! Onlara de: "Tələb etdiyiniz ayələr məndə deyil ki, onları sizin üçün nazil edim. Onlar Alla­hın ya­nındadır və istədiyi vaxt nazil edir". Ey Möminlər! Siz hara­dan bilə­siniz ki, əgər bu ayələr onların tələbinə uygun olaraq gəl­dik­də onlar ye­nə də iman gə­tir­məyəcəklər. Əksinə, yenə də öz inadkarlığında qalıb, inkar edəcəklər, çünki onlar haqq yolunu istəmirlər.

Oxuyucuda aç - Surəni tam oxu