Surə 59 · Cüz 28

Al-Hashr · 59:9

وَالَّذِينَ تَبَوَّءُوا الدَّارَ وَالْإِيمَانَ مِنْ قَبْلِهِمْ يُحِبُّونَ مَنْ هَاجَرَ إِلَيْهِمْ وَلَا يَجِدُونَ فِي صُدُورِهِمْ حَاجَةً مِمَّا أُوتُوا وَيُؤْثِرُونَ عَلَىٰ أَنْفُسِهِمْ وَلَوْ كَانَ بِهِمْ خَصَاصَةٌ ۚ وَمَنْ يُوقَ شُحَّ نَفْسِهِ فَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ

9. Mühacirlərdən əvvəl Mədi­nədə yurd salmış, sonra da iman gə­tir­miş kimsələr öz yan­larına hicrət edənləri sevir, on­lara ver­dik­lə­ri­nə görə qəlblə­rində peş­man­çı­lıq hissi duy­murlar. Hətta özləri eh­ti­yac içində ol­salar belə, onları özlə­rin­dən üs­tün tutur­lar. Nəfsi­nin tama­hın­dan qo­runan kimsələr nicat ta­pan­lardır.

Təfsir

Mühacirlərdən əvvəl Mədinədə yurd salmış, Allaha və Onun rəsuluna iman gətirməyi seçmiş ənsar Məkkədən onların yanına hicrət etmiş kimsələri sevir, qənimətlərdən Allah yolundakı mühacirlərə pay verildikdə, özlərinə isə heç bir şey verilmədikdə, qəlblərində mühacirlərə qarşı kin və həsədə yer verməz, hətta özləri kasıb və ehtiyac içində olsalar belə, dünya nemətlərini əldə etmək xüsusunda mühacirləri özlərindən üstün tuturlar. Allah hər kimi nəfsinin tamahından qoruyur və ona bu maldan Allah yolunda xərcləməyi nəsib edirsə, onlar istədiklərinə nail olan və qorxduqları şeydən xilas olan kəslərdir.

Oxuyucuda aç - Surəni tam oxu