Surə 59 · Cüz 28

Al-Hashr · 59:10

وَالَّذِينَ جَاءُوا مِنْ بَعْدِهِمْ يَقُولُونَ رَبَّنَا اغْفِرْ لَنَا وَلِإِخْوَانِنَا الَّذِينَ سَبَقُونَا بِالْإِيمَانِ وَلَا تَجْعَلْ فِي قُلُوبِنَا غِلًّا لِلَّذِينَ آمَنُوا رَبَّنَا إِنَّكَ رَءُوفٌ رَحِيمٌ

10. Səhabələrdən sonra gə­lən­lər de­yir­lər: “Ey Rəbbimiz! Bi­zi və biz­dən əv­vəl iman gətir­miş qardaşlarımızı bağışla. Bi­zim qəl­bi­miz­də iman gəti­rən­lərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəb­bi­­miz! Hə­qi­qə­tən, Sən olduqca şəf­qətlisən, rəhm­lisən!”

Təfsir

Onlardan sonra gələnlər və qiyamət gününədək onların yolunu tutub gedənlər deyərlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəl Allaha və Onun rəsuluna iman gətirmiş din qardaşlarımızı bağışla. Bizim qəlbimizdə möminlərdən heç birinə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən, Sən Öz qullarına qarşı olduqca şəfqətli və rəhmlisən!”

Oxuyucuda aç - Surəni tam oxu