Surə 59 · Cüz 28
Al-Hashr · 59:11
۞ أَلَمْ تَرَ إِلَى الَّذِينَ نَافَقُوا يَقُولُونَ لِإِخْوَانِهِمُ الَّذِينَ كَفَرُوا مِنْ أَهْلِ الْكِتَابِ لَئِنْ أُخْرِجْتُمْ لَنَخْرُجَنَّ مَعَكُمْ وَلَا نُطِيعُ فِيكُمْ أَحَدًا أَبَدًا وَإِنْ قُوتِلْتُمْ لَنَنْصُرَنَّكُمْ وَاللَّهُ يَشْهَدُ إِنَّهُمْ لَكَاذِبُونَ
11. Münafiqlərin, Kitab əhlindən kafir olan qardaşlarına: “Əgər siz yurdunuzdan qovulsanız, biz də sizinlə birlikdə çıxıb gedəcək və sizə qarşı heç vaxt heç kəsə tabe olmayacağıq. Əgər müsəlmanlar sizə qarşı vuruşsalar, mütləq sizə kömək edəcəyik!”– dediklərini görmədinmi? Allah onların yalançı olduğuna şahiddir.
Təfsir
Ey Peyğəmbər! Küfrlərini gizlədib özlərini mömin kimi göstərən kəslərin təhrif edilmiş Tövrata əməl edən yəhudilərdən kafir olan qardaşlarına: “Yurdunuzda qərar tutun, biz sizi köməksiz buraxmayacaq və sizi ələ verməyəcəyik. Əgər müsəlmanlar sizi yurdunuzdan çıxartsalar, biz də sizinlə birlikdə çıxıb gedəcək və bizim sizinlə bərabər getməyimizə mane olmaq istəyən heç bir kəsə itaət etməyəcəyik. Əgər müsəlmanlar sizə qarşı vuruşsalar, biz mütləq sizə kömək edəcəyik!” – dediklərini görmədinmi?! Allah münafiqlərin yəhudilərlə birlikdə yurdlarından çıxacaqları və onlarla bərabər vuruşacaqları iddiasında yalançı olduqlarına şahiddir.