Surə 59 · Cüz 28
Al-Hashr · 59:12
لَئِنْ أُخْرِجُوا لَا يَخْرُجُونَ مَعَهُمْ وَلَئِنْ قُوتِلُوا لَا يَنْصُرُونَهُمْ وَلَئِنْ نَصَرُوهُمْ لَيُوَلُّنَّ الْأَدْبَارَ ثُمَّ لَا يُنْصَرُونَ
12. Əgər onlar yurdlarından qovulsalar, münafiqlər onlarla birlikdə çıxıb getməz, müsəlmanlar onlara qarşı vuruşsalar, onlara köməklik göstərməzlər. Əgər onlara yardım etmiş olsalar, geri dönüb qaçar, sonra da onlara heç bir kömək edilməz.
Təfsir
Əgər müsəlmanlar yəhudiləri yurdlarından çıxartsalar, münafiqlər onlarla birlikdə çıxıb getməz, müsəlmanlar yəhudilərə qarşı vuruşsalar, onlara əl tutub kömək göstərməzlər. Əgər müsəlmanlara qarşı yəhudilərə əl tutub köməklik göstərsələr, onları qoyub qaçar, bundan sonra da o münafiqlərə heç bir kömək edilməz, əksinə, Allah onları rəzil və rüsvay edər.