Surə 59 · Cüz 28
Al-Hashr · 59:8
لِلْفُقَرَاءِ الْمُهَاجِرِينَ الَّذِينَ أُخْرِجُوا مِنْ دِيَارِهِمْ وَأَمْوَالِهِمْ يَبْتَغُونَ فَضْلًا مِنَ اللَّهِ وَرِضْوَانًا وَيَنْصُرُونَ اللَّهَ وَرَسُولَهُ ۚ أُولَٰئِكَ هُمُ الصَّادِقُونَ
8. Qənimət həmçinin yurdlarından qovulmuş və mallarından məhrum olunmuş yoxsul mühacirlərə məxsusdur. Onlar Allahın mərhəmətini və razılığını qazanmağa can atır, Allaha və Onun Rəsuluna kömək edirlər. Doğru olanlar da məhz onlardır.
Təfsir
Bu malların bir qismi Allah yolunda hicrət etmiş, üstəlik, mallarını və övladlarını qoyub getməyə məcbur qalmış yoxsul mühacirlərə məxsusdur. Onlar bu dünyada Allahın verdiyi ruziyə, axirətdə də Onun razılığını qazanmağa çalışır, həmçinin, Allah yolunda cihad etməklə Allaha və Onun rəsuluna kömək edirlər. Bu xislətləri özlərində cəm edən kimsələr - məhz onlar imanlarında sabit qalanlardır.