Surə 59 · Cüz 28

Al-Hashr · 59:7

مَا أَفَاءَ اللَّهُ عَلَىٰ رَسُولِهِ مِنْ أَهْلِ الْقُرَىٰ فَلِلَّهِ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَىٰ وَالْيَتَامَىٰ وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ كَيْ لَا يَكُونَ دُولَةً بَيْنَ الْأَغْنِيَاءِ مِنْكُمْ ۚ وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانْتَهُوا ۚ وَاتَّقُوا اللَّهَ ۖ إِنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ

7. Allahın Öz Peyğəmbəri­nə kəndlə­rin əhalisindən ver­diyi qə­ni­mətlər Alla­ha, Pey­ğəmbə­rə, onun əqrəbasına, ye­tim­lərə, yox­sul­lara və mü­sa­fir­lərə məx­sus edil­mişdir ki, o mallar ara­nızdakı zən­gin­lə­rin var-döv­lə­ti olub qal­ma­sın. Pey­ğəmbər si­zə nə verirsə, onu gö­türün, nə­yi də qada­ğan edirsə, ondan çə­kinin. Allah­dan qor­xun. Həqi­qətən, Allah şid­­dətli cəza ve­rəndir.

Təfsir

Allahın Öz rəsuluna heç bir döyüşsüz kəndlərin əhalisindən verdiyi qənimətlər Allaha və Peyğəmbərə mülk olaraq, üstəlik, onun əqrəbasına - Haşim və Müttəlib oğullarına məhrum olduqları sədəqəyə əvəz olaraq, habelə, xərcləməyə bir şey tapmayan yetimlərə, yoxsullara və müsafirlərə məxsus edilmişdir ki, o mallar kasıblara deyil, yalnız zənginlərin var-dövləti olub qalmasın. Ey möminlər! Peyğəmbər sizə qənimətlərdən nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin. Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi işlərdən çəkinməklə Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir. Onun cəzasından həzər edin!

Oxuyucuda aç - Surəni tam oxu