Surə 59 · Cüz 28

Al-Hashr · 59:6

وَمَا أَفَاءَ اللَّهُ عَلَىٰ رَسُولِهِ مِنْهُمْ فَمَا أَوْجَفْتُمْ عَلَيْهِ مِنْ خَيْلٍ وَلَا رِكَابٍ وَلَٰكِنَّ اللَّهَ يُسَلِّطُ رُسُلَهُ عَلَىٰ مَنْ يَشَاءُ ۚ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

6. Allahın Öz Rəsuluna on­lar­dan ver­diyi qənimətlərə tərəf siz nə at, nə də dəvə sürdü­nüz. Lakin Allah Öz elçilə­rini istə­diyi kəs­lər üzə­rində hakim edir. Allah hər şeyə qadirdir.

Təfsir

Allahın Öz rəsuluna bənu-Nədir qəbiləsinin mallarından verdiyi qənimətləri əldə etmək üçün siz nə at, nə də dəvə sürdünüz, nə də ki buna görə əziyyət çəkdiniz. Allah Öz rəsuluna bənu-Nədir qəbiləsi üzərində hakim etdi və o, döyüşmədən onların diyarını fəth etdi. Allah hər şeyə qadirdir və heç bir şey Onu aciz edə bilməz.

Oxuyucuda aç - Surəni tam oxu