Surə 59 · Cüz 28

Al-Hashr · 59:5

مَا قَطَعْتُمْ مِنْ لِينَةٍ أَوْ تَرَكْتُمُوهَا قَائِمَةً عَلَىٰ أُصُولِهَا فَبِإِذْنِ اللَّهِ وَلِيُخْزِيَ الْفَاسِقِينَ

5. Xurma ağaclarını kəsmə­yiniz, ya­xud onları kökü üs­tün­də sa­la­mat qoy­mağınız Alla­hın iznilədir və Onun fa­siqləri rə­zil etməsi üçün­dür.

Təfsir

Ey möminlər! Sizin bənu-Nədir qəbiləsi ilə döyüşdə Allahın düşmənlərini qəzəbləndirmək üçün xurma ağaclarını kəsməyiniz, yaxud o ağaclardan faydalanmaq üçün onları kökü üstündə salamat qoymağınız, onların iddia etdikləri kimi yer üzündə fəsad törətmək deyil, əksinə, Allahın əmri ilə yerinə yetirilmiş bir işdir, həmçinin Allahın, Onun itaətindən çıxan, verdikləri əhdi pozan və xəyanət etməyi vəfalı olmaqdan üstün tutan yəhudiləri rəzil etməsi üçündür.

Oxuyucuda aç - Surəni tam oxu