Surə 57 · Cüz 27
Al-Hadid · 57:20
اعْلَمُوا أَنَّمَا الْحَيَاةُ الدُّنْيَا لَعِبٌ وَلَهْوٌ وَزِينَةٌ وَتَفَاخُرٌ بَيْنَكُمْ وَتَكَاثُرٌ فِي الْأَمْوَالِ وَالْأَوْلَادِ ۖ كَمَثَلِ غَيْثٍ أَعْجَبَ الْكُفَّارَ نَبَاتُهُ ثُمَّ يَهِيجُ فَتَرَاهُ مُصْفَرًّا ثُمَّ يَكُونُ حُطَامًا ۖ وَفِي الْآخِرَةِ عَذَابٌ شَدِيدٌ وَمَغْفِرَةٌ مِنَ اللَّهِ وَرِضْوَانٌ ۚ وَمَا الْحَيَاةُ الدُّنْيَا إِلَّا مَتَاعُ الْغُرُورِ
20. Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-birinizin yanında öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaq istəyindən ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitki əkinçiləri heyran edir. Sonra o quruyur və sən onun sapsarı olduğunu görürsən. Sonra isə o çör-çöpə dönür. Kimisini axirətdə şiddətli əzab, kimisini də Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyil.
Təfsir
Bilin ki, dünya həyatı bədənləri məşğul edən bir oyun, qəlbləri əyləndirən bir əyləncə, zahiri görünüşü gözəlləşdirən bir zinət, mal və mülk ilə bir-biriniz yanında öyünmək, var-dövlət və oğul-uşaq çoxluğu ilə lovğalanmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitki əkinçiləri heyran edir. Bu yaşıl bitki az bir müddətdən sonra quruyur və sən, ey ona baxan kəs, onun sapsarı olduğunu görürsən. Sonra Allah onu çör-çöpə döndərir. Axirət günü kafirləri və münafiqləri şiddətli əzab gözləyir, möminlərin isə Allah günahlarını bağışlayacaq və onlardan razı qalacaqdır. Dünya həyatı isə keçici ləzzətdən başqa bir şey deyildir. Kim keçici dünya ləzzətini axirət nemətindən üstün tutarsa, o kimsə ziyana uğrayan və aldananlardan olar.