Surə 57 · Cüz 27

Al-Hadid · 57:19

وَالَّذِينَ آمَنُوا بِاللَّهِ وَرُسُلِهِ أُولَٰئِكَ هُمُ الصِّدِّيقُونَ ۖ وَالشُّهَدَاءُ عِنْدَ رَبِّهِمْ لَهُمْ أَجْرُهُمْ وَنُورُهُمْ ۖ وَالَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِآيَاتِنَا أُولَٰئِكَ أَصْحَابُ الْجَحِيمِ

19. Allaha və Onun elçilə­ri­nə iman gətirənlər – məhz on­lar doğ­ru olan­lar­dır. Şəhid­lər isə öz Rəbbi yanında­dır­lar. On­ların öz mü­kafatları və öz nur­ları var. Kafir olub ayə­lə­ri­mizi yalan sa­yan­lara gə­lincə, onlar Cəhənnəm sakin­ləridir.

Təfsir

Allaha və Onun elçilə­ri­nə iman gətirənlər, bu elçilərin arasında fərq qoymayanlar – məhz on­lar doğ­ru olan­lar­dır. Şəhid­lərin öz Rəbbi dərgahında, özləri üçün hazırlanmış gözəl mükafatları vardır, üstəlik, qiyamət günü onların önlərindən və sağlarından onların yolunu işıqlandıran nuru olacaqdır. Allaha və Onun elçilərinə küfr etmiş, həmçinin, rəsulumuza nazil etdiyimiz ayə­lə­rimizi yalan sayanlara gə­lincə, onlar Cəhənnəm sakin­ləridir. Onlar qiyamət günü əbədi olaraq ora daxil olacaq və heç vaxt oradan çıxmayacaqlar.

Oxuyucuda aç - Surəni tam oxu