Surə 57 · Cüz 27

Al-Hadid · 57:18

إِنَّ الْمُصَّدِّقِينَ وَالْمُصَّدِّقَاتِ وَأَقْرَضُوا اللَّهَ قَرْضًا حَسَنًا يُضَاعَفُ لَهُمْ وَلَهُمْ أَجْرٌ كَرِيمٌ

18. Şübhəsiz ki, sədəqə ve­rən kişi və sədəqə verən qa­dın­lar və Alla­ha gözəl borc verən­lər üçün əvəzi qat-qat ar­tırı­la­caq. Onlar üçün çox dəyərli bir mükafat da var.

Təfsir

Şübhəsiz ki, mallarının bir hissəsini könül xoşluqları ilə, üstəlik, heç kəsə minnət qoymadan və əziyyət vermədən sədəqə ve­rən kişi və sədəqə verən qa­dın­lar üçün əməllərinin savabı qat-qat artırılacaqdır. Onlara bir yaxşılığın əvəzinə on savabdan yeddi yüz savaba qədər və bundan da çox əvəz veriləcəkdir. Bununla yanaşı onlar üçün Allah qatında çox dəyərli bir mükafat - Cənnət vardır.

Oxuyucuda aç - Surəni tam oxu