Surə 57 · Cüz 27

Al-Hadid · 57:17

اعْلَمُوا أَنَّ اللَّهَ يُحْيِي الْأَرْضَ بَعْدَ مَوْتِهَا ۚ قَدْ بَيَّنَّا لَكُمُ الْآيَاتِ لَعَلَّكُمْ تَعْقِلُونَ

17. Bilin ki, Allah torpağı onun ölü­mündən sonra diril­dir. Biz ayə­ləri sizə izah etdik ki, bəlkə anlayasınız.

Təfsir

Bilin ki, Qurumuş torpağın üzərində bitkilər bitirməklə onu dirildən Uca Allahdır. Ey insanlar! Biz Allahın qüdrətinə və vəhdaniyyətinə dəlalət edən dəlilləri və sübutları sizə bəyan etdik ki, bəlkə anlayasınız. Bili ki, ölmüş torpağı dirltməyə qadir olan Allah, siz öldükdən sonra sizi yenidən diriltməyə də həmçinin, qəlbiniz sərtləşdikdən sonra onu yumşaltmağa da qadirdir.

Oxuyucuda aç - Surəni tam oxu