Surə 57 · Cüz 27

Al-Hadid · 57:16

۞ أَلَمْ يَأْنِ لِلَّذِينَ آمَنُوا أَنْ تَخْشَعَ قُلُوبُهُمْ لِذِكْرِ اللَّهِ وَمَا نَزَلَ مِنَ الْحَقِّ وَلَا يَكُونُوا كَالَّذِينَ أُوتُوا الْكِتَابَ مِنْ قَبْلُ فَطَالَ عَلَيْهِمُ الْأَمَدُ فَقَسَتْ قُلُوبُهُمْ ۖ وَكَثِيرٌ مِنْهُمْ فَاسِقُونَ

16. Möminlərin qəlbinin Alla­hın zikri və haqdan nazil olan ayə­lər üçün yum­şalması, daha öncə özlərinə Kitab ve­ril­miş, uzun bir müd­dət keç­dikdən sonra isə qəlbləri sərtləşmiş, ço­xusu da fasiq ol­muş kimsələr kimi olmaması vaxtı gə­lib çat­ma­dımı?

Təfsir

Allaha və Onun rəsuluna iman gətirənlərin qəlbinin pak və müqəddəs Alla­hın zikri və Qurandan nazil olan vədlər və təhdidlər üçün yum­şalması, daha öncə özlərinə Tövrat verilmiş yəhudilər və İncil verilmiş nəsranilər kimi, özlərinə göndərilmiş peyğəmbərlərlə öz aralarında uzun müddət keçdiyinə görə qəlbləri sərtləşmiş, ço­xusu da Allahın itaətindən çıxıb Ona asi olmuş kimsələr kimi olmaması vaxtı gə­lib çat­ma­dımı?!

Oxuyucuda aç - Surəni tam oxu