Surə 57 · Cüz 27
Al-Hadid · 57:21
سَابِقُوا إِلَىٰ مَغْفِرَةٍ مِنْ رَبِّكُمْ وَجَنَّةٍ عَرْضُهَا كَعَرْضِ السَّمَاءِ وَالْأَرْضِ أُعِدَّتْ لِلَّذِينَ آمَنُوا بِاللَّهِ وَرُسُلِهِ ۚ ذَٰلِكَ فَضْلُ اللَّهِ يُؤْتِيهِ مَنْ يَشَاءُ ۚ وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ
21. Rəbbiniz tərəfindən bağışlanmağa və genişliyi göyün və yerin genişliyi qədər olan, Allaha və Onun elçilərinə iman gətirənlər üçün hazırlanmış Cənnətə tələsin. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah böyük lütf sahibidir.
Təfsir
Ey insanlar! Tövbə etməyə və başqa bu kimi saleh əməlləri yerinə yetirməyə tələsin ki, onların sayəsində günahlarınız bağışlansın və həmçinin, genişliyi göyün və yerin genişliyi qədər olan Cənnəti qazanasınız. Allah o Cənnəti Allaha və Onun elçilərinə iman gətirənlər üçün hazırlamışdır. Bu mükafat, Allahın lütfüdür, onu Öz qullarından istədiyinə verər. Pak və müqəddəs Allah mömin qullarına qarşı böyük lütf sahibidir.