Surə 5 · Cüz 7

Al-Ma'idah · 5:89

لَا يُؤَاخِذُكُمُ اللَّهُ بِاللَّغْوِ فِي أَيْمَانِكُمْ وَلَٰكِنْ يُؤَاخِذُكُمْ بِمَا عَقَّدْتُمُ الْأَيْمَانَ ۖ فَكَفَّارَتُهُ إِطْعَامُ عَشَرَةِ مَسَاكِينَ مِنْ أَوْسَطِ مَا تُطْعِمُونَ أَهْلِيكُمْ أَوْ كِسْوَتُهُمْ أَوْ تَحْرِيرُ رَقَبَةٍ ۖ فَمَنْ لَمْ يَجِدْ فَصِيَامُ ثَلَاثَةِ أَيَّامٍ ۚ ذَٰلِكَ كَفَّارَةُ أَيْمَانِكُمْ إِذَا حَلَفْتُمْ ۚ وَاحْفَظُوا أَيْمَانَكُمْ ۚ كَذَٰلِكَ يُبَيِّنُ اللَّهُ لَكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَشْكُرُونَ

89. Allah sizi qəsdiniz olma­dan içdi­yi­niz andlara görə cə­zalan­dır­­maz, lakin O, sizi qəsd­lə içdi­yi­niz andlara görə cəza­landı­racaq­dır. Bu­nun kəf­farəsi öz ailə­nizə yedirtdi­yi­ni­zin or­ta hesabı də­yə­rin­də ya on kası­bı ye­dirt­mək və ya onları geyin­dirmək və yaxud da bir köləni azad et­məkdir. Kəf­farə vermək üçün bir şey tapmayan kim­sə üç gün oruc tutmalıdır. Bu, and içib son­ra poz­­du­ğunuz and­la­rınızın kəf­farə­si­dir. And­la­rı­nı­zı qoruyun! Allah Öz ayələri­ni sizə bu cür bəyan edir ki, bəl­kə şü­kür edə­siniz.

Təfsir

Ey Möminlər! Allah sizi qəsdiniz olma­dan dilinizdən çıxan andlara görə hesaba çəkməz, lakin O, sizi qəsd­lə qəlbinizdən gələn içdi­yi­niz andı pozduğunuza görə hesaba çəkəcəkdir. Qəsdən and içdikdən sonra andınızı pozsanız, üç şeydən istədiyiniz hər hansı birin etməklə pozduğunuz andın günahını yuyua bilərsiniz, bunlar: yaşadığınız yerdə insanların yediyi or­ta hesabı də­yə­rin­də hər miskinə yarım saa miqdarında yemək yedizdirməklə on miskini yedizdirmək yaxud insanların adətində paltar adlanan geyimlə onları geyin­dirmək və yaxud da bir mömin qul azad et­məkdir. Andını pozmuş şəxs kəf­farə vermək üçün bu üç şeydən hər hansı birini tapmazsa, o zaman həmin şəxs onu əvəzinə üç gün oruc tutmalıdır. Ey Möminlər! Bu, Allaha and içib son­ra poz­­du­ğunuz and­la­rınızın kəf­farə­si­dir. Yalandan və çox sayda Allaha and içməkdən çəkinərək and­la­rı­nı­zı qoruyun, andı xeyir səbəbdən pozmaq istisna olmaqla, içdiyiniz anda vəfalı olun, xeyir işlər görün və andlarınızın kəffarəsini verin! Allah sizə andın kəffarəsini bəyan etdiyi kimi, Öz halal və haram hökmlərinidə sizə bu cür bəyan edir ki, bilmədiklərinizi sizə öyrətdiyi üçün bəl­kə Allaha şü­kür edə­siniz.

Oxuyucuda aç - Surəni tam oxu