Surə 5 · Cüz 7
Al-Ma'idah · 5:90
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنَّمَا الْخَمْرُ وَالْمَيْسِرُ وَالْأَنْصَابُ وَالْأَزْلَامُ رِجْسٌ مِنْ عَمَلِ الشَّيْطَانِ فَاجْتَنِبُوهُ لَعَلَّكُمْ تُفْلِحُونَ
90. Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız.
Təfsir
Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, hər iki tərəfdən əvəz ödənilən qumar da, müşriklərin təzim edərək yanında qurban kəsdikləri, yaxud tapınmaq məqsədilə dik qoyduqları daşlar da, qeybdən xəbər əldə etmək məqsədi ilə istifadə etdikləri fal oxları da, bunların hamısı şeytanın gözəl göstərdiyi günah əməllərdir. Bu əməllərdən çəkinin ki, bəlkə dünyada xoş bir həyata, axirətdə isə Cənnət nemetinə nail olasınız.