Surə 5 · Cüz 7

Al-Ma'idah · 5:88

وَكُلُوا مِمَّا رَزَقَكُمُ اللَّهُ حَلَالًا طَيِّبًا ۚ وَاتَّقُوا اللَّهَ الَّذِي أَنْتُمْ بِهِ مُؤْمِنُونَ

88. Allahın sizə ruzi olaraq ver­diyi ha­lal, təmiz nemətlər­dən ye­yin və iman gətirmiş olduğunuz Allahdan qorxun!

Təfsir

Qəsb edərək haram yolla əldə etdiyiniz və ya təmiz olmayan və s. bu kimi qidalarla deyil, Allahın sizə Öz ruzisindən əta etdiyi nemətlərin ha­lal və pak olanından ye­yin və iman gətirdiyiniz Allahın əmrlərini yerinə yetirib və qadağanlarından çəkinməklə Ondan qorxun. Çünki Allaha iman gətirməniz Ondan qorxmağı tələb edir.

Oxuyucuda aç - Surəni tam oxu