Surə 5 · Cüz 6

Al-Ma'idah · 5:81

وَلَوْ كَانُوا يُؤْمِنُونَ بِاللَّهِ وَالنَّبِيِّ وَمَا أُنْزِلَ إِلَيْهِ مَا اتَّخَذُوهُمْ أَوْلِيَاءَ وَلَٰكِنَّ كَثِيرًا مِنْهُمْ فَاسِقُونَ

81. Əgər onlar Allaha, Pey­ğəm­bərə və ona nazil olana iman gə­tir­səydilər, müşrikləri özlə­rinə dost tutmazdılar. La­kin onların ço­xu günah­karlar­dır.

Təfsir

Əgər bu yəhudilər Allaha və pey­ğəm­bərinə - səllallahu aleyhi və səlləm - həqiqi iman gə­tir­səydilər, heç vaxt müşrikləri özlə­rinə dost tutub, onları sevib və onlara meyil etməzdilər. Çünki yəhudilər kafirləri özlərinə dost tutmaqdan qadağan edilmişdir. La­kin bu yəhudilərin əksəriyyəti Allahın itaətindən çıxmış və möminlərə qarşı düşmənşilik edən kimsələrdir.

Oxuyucuda aç - Surəni tam oxu