Surə 5 · Cüz 7
Al-Ma'idah · 5:82
۞ لَتَجِدَنَّ أَشَدَّ النَّاسِ عَدَاوَةً لِلَّذِينَ آمَنُوا الْيَهُودَ وَالَّذِينَ أَشْرَكُوا ۖ وَلَتَجِدَنَّ أَقْرَبَهُمْ مَوَدَّةً لِلَّذِينَ آمَنُوا الَّذِينَ قَالُوا إِنَّا نَصَارَىٰ ۚ ذَٰلِكَ بِأَنَّ مِنْهُمْ قِسِّيسِينَ وَرُهْبَانًا وَأَنَّهُمْ لَا يَسْتَكْبِرُونَ
82. Yəhudiləri və müşrikləri iman gətirənlərə qarşı düşmənçilik edən insanların ən pisi olduğunu görəcəksən. “Biz xaçpərəstik!”– deyənləri isə dostluq baxımından iman gətirənlərə ən yaxın olduğunu görəcəksən. Çünki onların arasında keşişlər və rahiblər vardır və onlar təkəbbürlük göstərmirlər.
Təfsir
Ey Peyğəmbər! Yəhudilərin qəlblərindəki kin, paxıllıq, kibr üzündən, həmçinin Allaha şərik qoşaraq bütlərə və s. əşyalara ibadət edən müşriklərin sənə iman gətirən kimsələrə və sənin gətirdiyin dinə qarşı düşmənçilik edən insanların ən şiddətlisi olduğunu görəcəksən. Özləri barədə: "Biz nəsranilərik!"– deyənləri isə sevgi baxımından sənə iman gətirən kimsələrə və sənin gətirdiyin dinə ən yaxın olduğunu görəcəksən. Onların möminlərə olan sevgisinin səbəbi, aralarında alimlərin və abidlərin olması və özlərinin təkəbbürlükdən uzaq təvazökar olmasına görədir, çünki xeiyr təkəbbürlük edən kimsənin qəlbinə çatmaz.