Surə 5 · Cüz 6

Al-Ma'idah · 5:80

تَرَىٰ كَثِيرًا مِنْهُمْ يَتَوَلَّوْنَ الَّذِينَ كَفَرُوا ۚ لَبِئْسَ مَا قَدَّمَتْ لَهُمْ أَنْفُسُهُمْ أَنْ سَخِطَ اللَّهُ عَلَيْهِمْ وَفِي الْعَذَابِ هُمْ خَالِدُونَ

80. Sən onların bir çoxunun kafirlərlə dostluq etdiyini gö­rür­­sən. Nəfslərinin onlar üçün ha­zır­ladığı şey necə də pis­dir! Buna gö­rə də Allah onlara qə­zəb­lən­miş­dir və onlar əzab içində əbədi qa­la­caqlar.

Təfsir

Ey Peyğəmbər! Sən bu yəhudilərdən kafir olanların əksəriyyətinin kafirləri sevib onlara meyil etdiyinə şahidsən. Onlar sənə və tövhid əhlinə qarşı düşmənçilik edirlər. Onların kafirləri özlərinə dost tutmaları necə də pis­dir! Çünki onların bu əməli, Allahın onlara qə­zəb­lən­məsinə və özlərinin əzab içində əbədi qa­la­caqları və bir daha oradan çıxmayacaqları oda daxil olmasına səbəbdir.

Oxuyucuda aç - Surəni tam oxu