Surə 5 · Cüz 6
Al-Ma'idah · 5:79
كَانُوا لَا يَتَنَاهَوْنَ عَنْ مُنْكَرٍ فَعَلُوهُ ۚ لَبِئْسَ مَا كَانُوا يَفْعَلُونَ
79. Onlar bir-birlərini etdikləri pis əməllərdən çəkindirmirdilər. Onların etdikləri necə də pisdir!
Təfsir
Onlar bir-birlərini etdikləri günahlardan çəkindirmirdilər. Əksinə, onlardan günah edən asi kimsələr, onları bu əməllərdən çəkindirən olmadığı üçün, etdikləri günahları və pislikləri insanlar arasında açıq-aşkarda edirdilər. Pis əməllərdən çəkindirmədikləri üçün onların etdikləri necə də pisdir!