Surə 5 · Cüz 6
Al-Ma'idah · 5:78
لُعِنَ الَّذِينَ كَفَرُوا مِنْ بَنِي إِسْرَائِيلَ عَلَىٰ لِسَانِ دَاوُودَ وَعِيسَى ابْنِ مَرْيَمَ ۚ ذَٰلِكَ بِمَا عَصَوْا وَكَانُوا يَعْتَدُونَ
78. İsrail oğullarından kafir olanlar həm Davudun, həm də Məryəm oğlu İsanın dili ilə lənətləndilər. Bu, onların asi olduqlarına və Allahın qoyduğu hədləri aşdıqlarına görə idi.
Təfsir
Pak olan Allah, Davuda nazil etdiyi Kitabda - Zəburda və Məryəm oğlu İsaya nazil etdiyi Kitabda - İncildə İsrail oğullarından kafir olanları Öz rəhmətindən qovduğunu xəbər vermişdir. Onların Allahın rəhmətdən qovulma səbəbi, onların asi olduqlarına və Allahın qoyduğu hədləri aşdıqlarına görə idi.