Surə 5 · Cüz 6
Al-Ma'idah · 5:77
قُلْ يَا أَهْلَ الْكِتَابِ لَا تَغْلُوا فِي دِينِكُمْ غَيْرَ الْحَقِّ وَلَا تَتَّبِعُوا أَهْوَاءَ قَوْمٍ قَدْ ضَلُّوا مِنْ قَبْلُ وَأَضَلُّوا كَثِيرًا وَضَلُّوا عَنْ سَوَاءِ السَّبِيلِ
77. De: “Ey Kitab əhli! Dininizdə haqsız yerə ifrata varmayın. Öncə azmış, bir çoxlarını da azdırmış və doğru yoldan çıxmış bir dəstənin istəklərinə tabe olmayın”.
Təfsir
Ey Peyğəmbər! Nəsranilərə de: "Əmr olunduğunuz haqqa tabe olmaqda həddinizi aşmayın. Həm özləri haqq yoldan azmış, həm də ki, bir çoxlarını azdırmış azğın ata-babalarınızın ardınca getdiyinizə görə, Peyğəmbərlər kimi təzim etməyi əmr ounduğunuz şəxsləri təzim etməkdə ifrata varıb, Məryəm oğlu İsaya etdiyiniz kimi onların da ilah olduğunu etiqad etməyin".