Surə 5 · Cüz 6

Al-Ma'idah · 5:76

قُلْ أَتَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ مَا لَا يَمْلِكُ لَكُمْ ضَرًّا وَلَا نَفْعًا ۚ وَاللَّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ

76. De: “Allahı qoyub sizə nə bir zə­rər, nə də bir fayda ve­rə bil­­məyən şey­lə­rəmi iba­dət edirsi­niz?” Allah Eşidən­dir, Bi­ləndir.

Təfsir

Ey Peyğəmbər! Onların Allahdan qeyrisinə etdikləri ibadətin batil olduğunu onlara isbat edərək de: "Sizə nə bir fayda, nə də bir zə­rər ve­rə bil­­məyənəmi iba­dət edirsi­niz?! Onlar sizə fayda və ya zə­rər verməkdən acizdirlər. Allah isə acizlikdən münəzzəhdir, Allah sözlərinizi eşidəndir, dediyiniz sözlərdən hər hansı biri Allaha qizlin qalmaz. Allah etdiyiniz əməlləridə biləndir, əməllərinizdən də Ona heç bir şey gizli qalmaz. Allah, etdiyiniz əməllərin müqabilini sizə verəcəkdir.

Oxuyucuda aç - Surəni tam oxu