Surə 5 · Cüz 6
Al-Ma'idah · 5:52
فَتَرَى الَّذِينَ فِي قُلُوبِهِمْ مَرَضٌ يُسَارِعُونَ فِيهِمْ يَقُولُونَ نَخْشَىٰ أَنْ تُصِيبَنَا دَائِرَةٌ ۚ فَعَسَى اللَّهُ أَنْ يَأْتِيَ بِالْفَتْحِ أَوْ أَمْرٍ مِنْ عِنْدِهِ فَيُصْبِحُوا عَلَىٰ مَا أَسَرُّوا فِي أَنْفُسِهِمْ نَادِمِينَ
52. Qəlblərində xəstəlik olanların: “Başımıza bir fəlakət gəlməsindən qorxuruq”– deyərək kitab əhli arasında olmağa can atdıqlarını görərsən. Ola bilsin ki, Allah bir fəth nəsib etsin və ya Öz tərəfindən bir əmr versin və onlar ürəklərində gizlətdiklərindən dolayı peşman olsunlar.
Təfsir
Ey Peyğəmbər! İmanı zəif olan münafiqlərin: "Yəhudi və nəsranilərin qələbə çalmasından və özlərinə dövlət qurub, onlardan bizə hər hansı bir pisliyin gəlməsindən qorxuruq"– deyərək onları özlərinə dost tutmağa can atdıqlarını görərsən. Ola bilsin ki, Allah fəthi Öz elçisinə və möminlərə nəsib etsin, yaxud onları, yəhudilərin və ya onların tərəfdarların hücumundan müdafiə etsin və beləliklə də, onları özlərinə dost tutmağa can atanlar qəlblərindəki nifaqı gizlətdiklərindən dolayı peşman olsunlar.