Surə 5 · Cüz 6
Al-Ma'idah · 5:53
وَيَقُولُ الَّذِينَ آمَنُوا أَهَٰؤُلَاءِ الَّذِينَ أَقْسَمُوا بِاللَّهِ جَهْدَ أَيْمَانِهِمْ ۙ إِنَّهُمْ لَمَعَكُمْ ۚ حَبِطَتْ أَعْمَالُهُمْ فَأَصْبَحُوا خَاسِرِينَ
53. İman gətirənlər isə deyəcəklər: “Sizinlə bir yerdə olacaqlarına dair Allahın adı ilə möhkəm and içənlər bunlardırmı?” Onların əməlləri puça çıxdı, özləri də ziyana uğrayanlardan oldular.
Təfsir
Möminlər bu münafiqlərin halından təəccüb edərək deyəcəklər: "Ey Möminlər! İmanda, köməkdə və dostluqda sizinlə bir yerdə olacaqlarına dair möhkəm and içənlər bunlardırmı?!" Onların əməlləri batil oldu, məqsədləri boşa çıxdığı və onlara cəhənnəm əzabı hazırlandığı üçün ziyana uğrayanlardan oldular.