Surə 5 · Cüz 6

Al-Ma'idah · 5:51

۞ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَتَّخِذُوا الْيَهُودَ وَالنَّصَارَىٰ أَوْلِيَاءَ ۘ بَعْضُهُمْ أَوْلِيَاءُ بَعْضٍ ۚ وَمَنْ يَتَوَلَّهُمْ مِنْكُمْ فَإِنَّهُ مِنْهُمْ ۗ إِنَّ اللَّهَ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ

51. Ey iman gətirənlər! Yə­hudi və xaç­pərəstləri özünüzə dost tut­mayın! Onlar bir-biri­nin dostu­dur­lar. Siz­lərdən kim on­ları özü­nə dost tu­tarsa, o da onlar­dan­dır. Şübhəsiz ki, Allah za­lım qövmü doğru yo­la yö­nəlt­məz.

Təfsir

Ey Allaha və Onun peyğəmbərinə iman gətirən kimsələr! Yə­hudi və nəsraniləri özünüzə yaxın dost, sirdaş etməyin! Çünki yəhudi və nəsranilərin hər biri, yalnız öz millətindən olanları özlərinə dost tutu­r­lar. Bu iki firqənin hər biri, sizə qarşı düşmənçilik bəsləyir. Siz­lərdən kim on­ları özü­nə dost tu­tarsa, o da onlar­dan­dır. Şübhəsiz ki, Allah za­lım qövmü, kafirlərləri özünə dost tutduğu üçün doğru yo­la yö­nəlt­məz.

Oxuyucuda aç - Surəni tam oxu