Surə 5 · Cüz 6

Al-Ma'idah · 5:48

وَأَنْزَلْنَا إِلَيْكَ الْكِتَابَ بِالْحَقِّ مُصَدِّقًا لِمَا بَيْنَ يَدَيْهِ مِنَ الْكِتَابِ وَمُهَيْمِنًا عَلَيْهِ ۖ فَاحْكُمْ بَيْنَهُمْ بِمَا أَنْزَلَ اللَّهُ ۖ وَلَا تَتَّبِعْ أَهْوَاءَهُمْ عَمَّا جَاءَكَ مِنَ الْحَقِّ ۚ لِكُلٍّ جَعَلْنَا مِنْكُمْ شِرْعَةً وَمِنْهَاجًا ۚ وَلَوْ شَاءَ اللَّهُ لَجَعَلَكُمْ أُمَّةً وَاحِدَةً وَلَٰكِنْ لِيَبْلُوَكُمْ فِي مَا آتَاكُمْ ۖ فَاسْتَبِقُوا الْخَيْرَاتِ ۚ إِلَى اللَّهِ مَرْجِعُكُمْ جَمِيعًا فَيُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ فِيهِ تَخْتَلِفُونَ

48. Biz sənə, özündən əv­vəl­ki kitab­ı təsdiqləyən və onu qoru­yan Kitabı haqq olaraq nazil etdik. Sən on­ların ara­sın­da, Allahın nazil etdiyi ilə hökm ver. Sə­nə gələn haqqı buraxıb on­­la­rın istək­lə­rinə uyma. Ey ümmətlər, hər biriniz üçün bir şə­riət və bir yol tə­yin etdik. Allah is­təsəydi, sizi tək bir üm­mət edərdi. Fəqət bu fərqli şə­riətlər və yollar, sizə verdikləri ilə sizi im­tahan etməsi üçün­dür. Elə isə yax­şı iş­lər görməkdə bir-birinizlə yarı­şın. Ha­mınızın dönüşü Alla­hadır. O, ixtilaf etdiyiniz şey­lər barəsin­də sizə xəbər verə­cək­dir.

Təfsir

Ey Peyğəmbər! Biz Quranı sənə, onun Allahdan olmasına heç bir şək-şübhə olmadan, özündən əv­vəl­ nazil edilmiş ilahi kitabları təsdiqləyən, onların doğruluğuna şahidlik edən, haqq olaraq nazil etdik. O kitablarda Qurana müvafiq olan hökmlər haqqdır, müxalif olanlar isə batil. Sən insanlar ara­sın­da, Allahın Qurandan sənə nazil etdiyi ilə hökm ver. Sə­nə nazil edilən, heç bir şəkkə yer olmayan haqqı buraxıb on­­la­rın istək­lə­rinə uyma. Biz hər bir ümmət üçün əməllərə bağlı hökmlərdən ibarət bir şə­riət və onların Allahın yola yönəlmələri üçün açıq-aydın bir yol tə­yin etdik. Əgər Allah is­təsəydi, bütün şəriətləri tək bir şəriət edərdi. Lakin Allah hamınızı imtahan edib, itaətkarı asi kimsədən ayırd edib, seçmək üçün hər bir ümmətə bir şəriət təyin etdi. Elə isə yax­şı iş­lər görməkdə və pis işlərdən əl çəkməkdə bir-birinizlə yarı­şın. Qiyamət günü dönüşünüz yalnız tək Alla­hadır. O, ixtilaf etdiyiniz şey­lər barəsin­də sizə xəbər verə­cək­ və etdiyiniz əməllərin də əvəzini sizə verəcəkdir.

Oxuyucuda aç - Surəni tam oxu