Surə 5 · Cüz 6
Al-Ma'idah · 5:47
وَلْيَحْكُمْ أَهْلُ الْإِنْجِيلِ بِمَا أَنْزَلَ اللَّهُ فِيهِ ۚ وَمَنْ لَمْ يَحْكُمْ بِمَا أَنْزَلَ اللَّهُ فَأُولَٰئِكَ هُمُ الْفَاسِقُونَ
47. Qoy İncil əhli Allahın onda nazil etdiyi şəriət qanunları ilə hökm versin. Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar fasiqdirlər.
Təfsir
Qoy nəsranilər Allahın İncildə nazil etdiynə iman etsinlər və onlar insanlar arasında - Muhəmməd - sallallahu aleyhi və səlləm - onlara gəlməzdən əvvəl orada olan haqla - İncil ilə hökm versinlər. Allahın nazil etdiyi ilə hökm verməyənlər, Allahın itaətindən çıxan, haqqı tərk edib və batilə meyl edən kimsələrdir.